Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 14:48
"Mançester Yunayted" öz klub rekordunu qırıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" buna İngiltərə kubokunun 1/4 finalında "Everton"la səfər matçında nail olublar. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Ole Qunnar Sulşerin baş məşqçisi olduğu komanda bütün turnirlərdə Premyer Liqa klubları üzərində ardıcıl 13-cü səfər qələbəsini qazanıb. Bu, "Mançester Yunayted" üçün klub rekordu hesab edilir.
Komanda son dəfə iyun ayının 19-da əsas liqa komandasına qalib gələ bilməyib. Premyer Liqanın 2019/20 mövsümünün 30-cu turunda "Tottenhem"lə Londonda keçirilən matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Qeyd edək ki, "Mançester Yunayted" kubokun yarımfinalında "Mançester Siti"ni qəbul edəcək. Yarımfinal oyunları 2021-ci il yanvarın ilk həftəsində keçiriləcək.