Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 22:52
Bir neçə gün bundan öncə məlum olmuşdu ki, Hyundai şirkəti müxtəlif növ robotların hazırlanması ilə məşğul olan Boston Dynamics şirkətini alıb. Beləliklə Hyundai şirkətinin əlinə bir sıra robotlarla yanaşı həmçinin Boston Dynamics-in 4 ayaqlı məşhur Spot robotu da keçib. Lakin görünür, yaxın gələcəkdə bu robot öz ilk planetlərarası səyahətini reallaşdıracaq. Belə ki, alimlər onu Marsa göndərməyi planlaşdırırlar. Bu barədə 4pda saytı xəbər verib. 4 ayaqlı Spot robotunun Marsa göndərilməsi planını NASA mütəxəssisləri fikirləşiblər.
Məlumata əsasən Marsa Spot robotunun təkmilləşdirilmiş versiyası göndəriləcək. NASA mütəxəssislərinin diqqətlərini ən çox çəkən isə Spot-un müxtəlif səthlər üzərində rahatlıqla hərəkət edə bilməsidir. Beləliklə bu cür robot Marsın qəliz landşaftı üçün
Görünür, bütün bu məlumatlar heç də şayiə deyil. Belə ki, NASA mütəxəssisləri Au-Spot adlı 4 ayaqlı robotun testini aparırlar. O, istənilən Mars aparatından 12 dəfə daha yüngül olacaq və saatda 5 km sürətlə hərəkət edə biləcək. Qeyd etmək lazımdır ki, hal hazırda Mars səthində yerləşən Curiosity aparatı saatda 0.14 km sürətlə hərəkət edə bilir. Marsa göndəriləcək Spot versiyasının əsas məqsədi isə planetin tunellərini incələmək olacaq. Bu üsul ilə NASA mütəxəssisləri planetin dəqiq xəritəsini yarada biləcəklər.