Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Forbes'' səhiyyə sahəsində çalışan 50 yeni milyarderin siyahısını dərc edib

''Forbes'' səhiyyə sahəsində çalışan 50 yeni milyarderin siyahısını dərc edib

Tarix: 25 Dekabr 2020 00:46

Amerikanın "Forbes" jurnalı "BioNTech" və "Moderna" əczaçılıq kompaniyalarının rəhbərlərini koronavirus pandemiyası şəraitində səhiyyə sahəsində fəaliyyət göstərərək varlanan 50 yeni milyarder siyahısına daxil edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, jurnalın məlumatına görə, koronavirus pandemiyası bir çox əczaçılıq kompaniyası rəhbərlərinin və səhiyyə sahəsinə yatırım edən sərmayəçilərin varidatının xeyli artmasına şərait yaradıb. Burada, ilk növbədə, vaksinlərin və tibbi avadanlıqların hazırlanması ilə məşğul olan müəssisələrdən söhbət gedir.

"Forbes" səhiyyə sahəsində fəaliyyət göstərən 50 yeni milyarder aşkarlayıb. Bu ilin yeni milyarderlərindən ən görkəmliləri koronavirusa qarşı daha uğurlu iki vaksini hazırlayan kompaniyaların rəhbərləri olub. Onlardan biri ABŞ-ın "Pfizer" və Almaniyanın "BioNTech", digəri isə Massaçusets ştatında yerləşən "Moderna" kompaniyalarıdır", - deyə jurnalın saytında qeyd edilib.

"BioNTech" kompaniyasının türk əsilli baş direktoru Uğur Şahinin varidatı 4,2 milyard dollara yüksəlib. 2011-ci ildən "Moderna" kompaniyasına rəhbərlik edən fransalı Stefan Bansel isə var-dövlətini 4,1 milyard dollara çatdırıb. 2010-cu ildə "Moderna" kompaniyasına 5 milyon və 1,5 milyon dollar yatıran amerikalı sərmayəçilər Timoti Springer və Robert Langerin varidatı isə hazırda müvafiq olaraq 2 milyard və 1,5 milyard dollar həcmində qiymətləndirilir.

Çin, İtaliya, Hindistan, Kanada, İsveçrə, Honkonq və Danimarkadan olan bəzi kompaniya rəhbərləri və sərmayəçilər də yeni milyarderlər siyahısında yer alıb.


Etiketlər:  Forbes səhiyyə sahəsində çalışan yeni milyarderin siyahısını dərc edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ