Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FİFA iki dünya çempionatını ləğv etdi

FİFA iki dünya çempionatını ləğv etdi

Tarix: 25 Dekabr 2020 09:50

2021-ci ildə 17 və 20 yaşadək futbolçular arasında keçirilməli olan dünya çempionatları baş tutmayacaq.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə FİFA-nın saytı məlumat yayıb. Bu qərarı dünyanın ali futbol qurumu koronavirus səbəbindən  verib.

Turnirlər müvafiq olaraq, Peru və İndoneziyada keçirilməli idi. Yeni qərara əsasən, hər iki ölkə əvvəlcədən planlaşdırılan dünya çempionatlarına 2023-cü ildə ev sahibliyi edə biləcəklər.

Qeyd edək ki, U-17 yığmaları arasında son çempion Braziliyadır. Ukrayna isə U-20-də son çempiondur.


Etiketlər:  FİFA dünya çempionatını ləğv etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ