Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özilin “Fənərbağça” ilə müqaviləsinin detalları bilindi

Özilin “Fənərbağça” ilə müqaviləsinin detalları bilindi

Tarix: 25 Dekabr 2020 10:00

İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Məsut Özil Türkiyə təmsilçisi "Fənərbaxça" ilə danışıqlara başlayıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, 32 yaşlı futbolçu ilə bağlı yeganə problem onun bu barədə londonlulara xəbər verməməsidir.

"Fənərbağça" ilə danışıqların detalları da məlum olub. Almaniya millisinin sabiq üzvü keçidə razılıq verərsə, həftəlik məvacibi 166 min avro olacaq. Bu isə "Arsenal"da qazandığından 2,3 dəfə azdır.

Qeyd edək ki, "Arsenal" Premyer Liqa və Avropa Liqasında iştirak ərizəsinə salınmayan Məsut Özilin yanvarda komandadan getməsinə razılıq verib.


Etiketlər:  Özilin Fənərbağça ilə müqaviləsinin detalları bilindi


RƏYLƏR