Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 16:32
Bakı. Ləman Zeynalova - Trend:
"Star" neft emalı zavodunda dizel yanacağının istehsalının tam bərpası pandemiya ilə bağlı vəziyyətdən asılıdır.
Trend-in məlumatına görə, bunu "SOCAR Turkey" şirkətinin neft emalı və neft-kimya üzrə biznes bölməsinin rəhbəri Anar Məmmədov mətbuat konfransında deyib.
O bildirib ki, pandemiya ilə əlaqədar aviayanacağa tələbatın azalmasına görə, "Star" neft emalı zavodunda bu məhsulun istehsalı kəskin azalıb:
"Bununla belə, ümumi istehsal həcmi azalmayıb. Biz aviayanacaq istehsalını dizellə əvəz etdik. Kommersiya baxımından bu, mənfi fəsadlara gətirib çıxarmadı. Biz Türkiyə bazarında dizelə tələbatın 7 faiz azaldığını müşahidə etdik, amma bazar o qədər böyüyüb ki, biz bu azalmanı hiss etmədik. Bu gün zavodda kiçik həcmdə də olsa, aviayanacaq istehsal olunur. Dizel yanacağı istehsalının tam bərpası pandemiya ilə bağlı vəziyyətdən asılıdır".