Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 08:06
ABŞ-da koronavirus xəstəsi dua edən palata yoldaşını oksigen balonu ilə öldürdü.
"Haber Global" məlumat verir ki, hadisə Lankasterdəki xəstəxanada baş verib.
Los-Anceles polisi cinayətdə şübhəli bilinən 37 yaşlı Cessi Martinezin 82 yaşlı palata yoldaşını dua etməyə başladığı zaman qətlə yetirdiyini açıqlayıb.
Şübhəli tərəfindən oksigen balonu ilə vurulan yaşlı xəstən ertəsi gün ölüb.
Qeyd edilir ki, altı həftədə bir milyon yeni yoluxma hadisəsinin aşkarlandığı Kaliforniya ştatındakı xəstəxanalarda epidemiya ilə mübarizədə çox çətin günlər yaşanır.
COVID-19 epidemiyasının başlanğıcından bəri ştatda iki milyondan çox yoluxma hadisəsi aşkar edilib.