Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 09:26
Çinin "Şanxay Şenxua" klubunun futbolçusu Stefan El-Şaravi karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, 28 yaşlı hücumçu "Fiorentina" və "Roma"nın maraq dairəsindədir.
A seriyası təmsilçiləri qış transfer dövründə Stefanı heyətinə qatmaq istəyir. 2019-cu ildə məhz paytaxtın eyniadlı klubundan Asiyaya yollanan hücumçu üçün 16 milyon avro ödənilmişdi. Onun Şanxay təmsilçisi ilə müqaviləsi hələ iki mövsümlük qalsa da, forvard "Köhnə qitə"yə dönmək istəyir.
Qeyd edək ki, cari mövsüm 6 oyun keçirən El-Şaravi qol vurmayıb.