Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neymarı almaq üçün pulumuz yoxdur'' - Messi

''Neymarı almaq üçün pulumuz yoxdur'' - Messi

Tarix: 28 Dekabr 2020 18:26

"Barselona"nın kapitanı Lionel Messi PSJ-nin hücumçusu Neymarın Kataloniya klubuna qayıdışının imkansız olduğunu düşünür.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Messi İspaniya mətbuatına açıqlamasında braziliyalı futbolçunu almaq üçün "Barselona"da lazımı qədər pulun olmadığını bildirib:

"PSJ-nin istədiyi pulu necə ödəmək olar ki? Yeni klub prezidenti çətin bir durumda olacaq. Yeni futbolçular üçün pula ehtiyac var, ancaq hazırda o pul yoxdur".
 
Argentinalı futbolçu Neymarla tez-tez görüşdüyünü deyib: "Aramızda yaxşı münasibət var. O, mən və Luis Suarez tez-tez görüşürük".

Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib.

Milli.Az


Etiketlər:  Neymarı almaq üçün pulumuz yoxdur Messi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ