Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Firuzə başıma o qədər oyunlar gətirib'' - Əməkdar artistdən qalmaqallı sözlər

''Firuzə başıma o qədər oyunlar gətirib'' - Əməkdar artistdən qalmaqallı sözlər

Tarix: 28 Dekabr 2020 20:40

Əməkdar artist Gövhər Rzayevanın Firuzə İbadova ilə küsülü olduğu ortaya çıxıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu haqda qarmon ifaçısı "Onun sirri" proqramında deyib. O bildirib ki, İbadova dəfələrlə onun çörəyinə bais olub:

"Firuzə başıma o qədər oyunlar gətirib. Toy tuturdum, gedirdim qapısına. Anası Hökmə xanım çıxırdı ki, yoxdur. Gedirdi rayonlara konsertlərə. Mənə əvvəldən desəydi, daha yaxşı olardı. Arxayın olardım ki, toya Firuzə ilə gedə bilməyəcəm. Məni dəfələrlə avara qoyub. Başdan desəydi, gedib digər müğənnini çağırardım. Axı söz verirəm. Toya 1 saat qalmış gedirdim qapısına ki, hardasan? Adamı başqasının yanında xəcalətli, diliqısa edir. Gəl indi toy sahibinə cavab ver ki, Firuzənin konserti çıxıb. Özüm də xəcalət çəkirdim".


Etiketlər:  Firuzə başıma qədər oyunlar gətirib Əməkdar artistdən qalmaqallı sözlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ