Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizdən imtina edən futbolçu “Qalatasaray”a keçir

Millimizdən imtina edən futbolçu “Qalatasaray”a keçir

Tarix: 29 Dekabr 2020 14:50

Qış fasiləsində heyətini gücləndirməyə çalışan Türkiyənin "Qalatasaray" klubu 2 yerli futbolçuya maraq göstərir.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "Kasımpaşa"nın yarımmüdafiəçisi Aytaç Kara ilə anlaşmağa yaxın olan "cim-bom" daha bir keçidə hazırlaşır.

Orta sahəni genişləndirmək istəyən baş məşqçi Fatih Terim indi də "Kayserispor"dan yenicə qovulan Hasan Hüseyin Acarın xidmətində maraqlıdır. Transfer vərəqəsi əlində olan 26 yaşlı oyunçu ilə məvacibdə anlaşma əldə edilərsə, tezliklə münasibətlər rəsmiləşdiriləcək.

Qeyd edək ki, Hasan Hüseyin Acar bu ilin mayında Azərbaycan millisində oynamaq üçün AFFA-dan təklif aldığını, lakin Türkiyə yığmasında çıxış etmək arzusuna görə, bundan imtina etdiyini açıqlamışdı.

Milli.Az


Etiketlər:  Millimizdən imtina edən futbolçu Qalatasaraya keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ