Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 18:02
İspaniya La Liqasının 16-cı turunda "Eybar"la qarşılaşan "Barselona" xal itirməklə (1:1) son 17 ilin uğursuz göstəricisi təkrarlayıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 15 oyunda 25 xal toplayan kataloniyalılar turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Bu, son 17 ilin ən uğursuz göstəricisidir. Komanda axırıncı dəfə 2003/04 mövsümündə Frank Raykardın rəhbərliyi altında keçirdiyi 14 görüşdə 20 xal toplamışdı.
Qeyd edək ki, "Barselona" 2003/04 mövsümnü 72 xalla ikinci pillədə tamamlayıb.