Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İngiltərə Premyer Liqası - "Liverpul" liderliyi saxlayir

İngiltərə Premyer Liqası -

Tarix: 31 Dekabr 2020 03:04

Bakı. Trend:

İngiltərə çempionatının 16-cı turunda "Liverpul" səfərdə "Nyukasl" ilə heç heçə oynadı.

Trend-in məlumatıma görə, matç 0:0 hesabı ilə başa çatıb.

"Liverpul" Premyer Liqa oyunlarında ardıcıl 12-ci dəfədir ki məğlub olmur və 33 xalla turnir cədvəlində liderdir. "Nyukasl" 19 xalla 14-cü yerdədir və dörd oyundur ki qələbə qazana bilməyib. Növbəti turda Yurgen Kloppun yetirmələri yanvarın 4-də səfərdə "Sautgempton"la oynayacaq, "Nyukasl" isə bir gün əvvəl "Lester"i qəbul edəcək.

Xatırladaq ki, dekabrın 30-da "Tottenhem" 16-cı turun oyunları çərçivəsində "Fulhem"lə oynamalı idi, lakin sonuncusunun heyəti arasında koronavirusa yoluxma hallarının artması nəticəsində oyun təxirə salındı.


Etiketlər:  İngiltərə Premyer Liqası Liverpul liderliyi saxlayir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ