Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2020 06:56
Bakı. Trend:
Britaniya Parlamenti krallığın birlikdən ayrılmasından sonra Avropa İttifaqı ilə sərbəst ticarət sazişini təsdiqlədi.
Trend-in məlumatına görə, parlament üzvlərinin növbədənkənar iclası zamanı sənəd İcmalar palatası və Lordlar palatası tərəfindən təsdiqlənib, daha sonra isə İcmalar palatasına yenidən qaytarılaraq II oxunuşda qəbul edilib.
Sazişin II Elizabet tərəfindən imzalanması yeni qanunun Böyük Britaniya və AB arasındakı keçid dövrünün bitdiyi və krallığın vahid bazarı və birliyin gömrük ittifaqını tərk etdiyi 1 yanvar tarixindən qüvvəyə minməsinə imkan verir.