Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2020 18:06
Əksər hallarda hipotalamus - hipofiz mənşəli amenoreya hiperprolaktinemiya ilə müşayiət olunur və qan plazmasında prolaktinin səviyyəsinin 550 mBV/l - dən yüksək olması ilə xarakterizə olunur.
Hiperprolaktinemiyanın 3 müxtəlif növü ayırd edilir:
-fizioloji - fiziki yük, yuxuda olarkən, hamiləlik, laktasiya
-farmokoloji
-patoloji
Patoloji hiperprolaktinemiya özü birincili və ikincili olmaqla iki yerə bölünür.
Birincili hiperprolaktinemiyanın səbəbləri:
1 ) hipotalamus-hipofiz sisteminin birincili zədələnməsi
2) hipotalamus-hipofiz sisteminin disfunksiyası və prolaktin dəf edən faktorun sintezinin pozulması
3) hipotalamus və hipofiz nahiyəsinin iltihabı
4) hipotalamus nahiyəsinin şüalanması, hipofiz ayaqcığının zədələnməsi
5) prolaktinoma
6) hipofizin hormonal aktiv olmayan şişləri
7) akromeqaliya
Ikincili patoloji hiperprolaktinemiyanın səbəbləri bunlardır: birincili hipotireoz, aybaşıönü və klimakterik sindromlar, xorionkarsinomalar, kiçik çanaq üzvlərinin xroniki residivləşən xəstəlikləri, böyrəküstü vəzi qabığının çatışmazlığı, anadangəlmə disfunksiyaları, döş qəfəsi nahiyəsində travmalar, herpes əməmliyyat, endometrioz, xroniki böyrək çatışmazlığı, qaraciyər sirrozu, şəkərli diabet, bronxogen xərçəng.
Patogenezi:
Birincili hiperprolaktinemiya hipotalamusun disfunksiyası ilə şərtlənən prolaktin sekresiyasina nəzarətin pozulmasından asılıdır.
Klinikası:
Hiperprolaktinemiya zamanı qalaktoreya hamiləliklə əlaqədar olmayan süd vəzilərindən qan və irin qarışıqsız maye, bir neçə damcı "molozivo" yaxud gur süd ifrazı ilə müşahidə olunur. Qalaktoreya anovulyasiya fonunda, ovulyator tsikl və normoprolaktinemiya olarkən də müşahidə oluna bilər. Prolaktin səviyyəsinin yüksək olması və qonadotropin-rilizing hormon kimi Lütein hormon və follikul stimuləedici hormon ifrazını da ləngidir, bunun nəticəsində hipotalamusun esterogenlərə olan həssaslığı azalır.
Klinik mənzərə adətən iki sindromun müştərək olması ilə təqdim olunur:
1) Hipoestrogeniya fonunda menstrual tsikl pozulmaları.
2) Görmə sinirlərinin çarpazlaşması nahiyəsində həcmli proses sindromu.
Diaqnostika:
Menstrual funskiya pozulmalarına gətirib çıxaran amilləri nəzərə alaraq ümumi və ginekoloji anamnestik məlumatların ətraflı toplanması zəruridir.
Müalicəsi:
Hiperprolaktinemiyanın və menstrual funksiyanın müxtəlif pozulmalarının müalicəsi xəstəliyin səbəblərindən asılıdır. Birincili patoloji hiperprolaktinemiyanın müalicəsi prolaktinomanın cərrahi yolla xaric edilməsindən yaxud izafi prolaktin sekresiyasının dəf edilməsindən ibarətdir.