Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2020 22:16
Ucar rayonunun Oğuz küçəsində gecə saatlarında rayon sakini Rafiq Musa oğlu Musayevə məxsus 1 mərtəbəli 3 otaqdan ibarət, ümumi sahəsi 150 kvadrat olan fərdi yaşayış evi yanıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə yerinə FHN-in Ucar Rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı evin 25 kvadrat metri əşyalarla birlikdə tamamı ilə yanıb. Yanğının miqyasının genişlənməsinin qarşısı alınıb. Yanğın söndürülüb.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.Fakt araşdırılır.