Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qəbələ'' Qriqorçukdan sonra sabit futbol sərgiləmədi'' - Bezotosnı

''Qəbələ'' Qriqorçukdan sonra sabit futbol sərgiləmədi'' - Bezotosnı

Tarix: 14 Iyul 2019 18:32

Mövsümün sonunda "Qəbələ"dən ayrılıb, sabiq klubu "Çernomorets"ə qayıdan Dmitri Bezotosnı Ukrayna mətbuatına müsahibə verib. Qol.az əbər verir ki, "qırmızı-qaralar"dakı karyerasından danışan qolkiper digər məqamlara da toxunub.

- "Qəbələ"dən problemsiz ayrıldınız?

- Hə, heç bir narazılıq olmadı. "Qəbələ" karyeramda yaxşı mərhələ oldu. Bu, daim mənim yaddaşımda qalacaq. Bizim yaxşı əməkdaşlığımız oldu. Ümid edirəm ki, onlar da məndən razı qaldılar. Orada keçirdiyim müddəti "5"lə qiymtləndirərdim.

- Roman Qriqorçuk "Qəbələ"ni sizdən əvvəl tərk etdi. Onun gedişindən sonra komandada nə dəyişdi?

-Bu,mənə veriləsi sual deyil. Onun gedişindən sonra komandanın zəifləyib-zəifləmədiyini özüm üçün çox götür-qoy etdim. Bir tərəfdən, biz onunla çempionatda yüksək yerlər uğrunda mübarizə apardıq, Avropa Liqasının qrupunda oynadıq. "Qəbələ" Qriqorçukun gedişindən sonra sabit futbol sərgiləmədi, amma ölkə kubokunu qazandı. Ona görə də ikili təəssürat yarandı.

- Qriqorçuk sizi "Astana"ya çağırmadı?

- Xeyr, belə söhbətimiz olmadı.

- Azərbaycanda qalıb, başqa komandada oynamağı özünüz istəmədiniz?

- Bu, artıq mövzudan kənar məsələdi. Mən artıq "Çernomorets"in oyunçusuyaç və bütün fikrim bu komanda ilə bağlıdır
 


Etiketlər:  Qəbələ Qriqorçukdan sonra sabit futbol sərgiləmədi Bezotosnı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ