Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dani Alveş ingilis nəhənglərinin hədəfində

Dani Alveş ingilis nəhənglərinin hədəfində

Tarix: 14 Iyul 2019 19:00

Mövsümün sonunda PSJ-dən ayrılan Dani Alveş karyerasını İngiltərədə davam etdirə bilər.

Qol.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ingilis nəhənglərinin maraq dairəsinə düşüb. Premyer Liqanın 3 iddialı klubu - "Mançester Siti", "Tottenhem" və "Arsenal" 36 yaşlı futbolçunun xidmətində maraqlıdır. Başqa klublardan da təklifləri olan təcrübəli oyunçunun hansı qərarı verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Alveşin "Barselona"ya qayıtmaq istədiyi bildirilir.

 


Etiketlər:  Dani Alveş ingilis nəhənglərinin hədəfində


RƏYLƏR