Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST ''Pfizer'' vaksinini təcili istifadə üçün tövsiyə olunan dərmanlar siyahısına əlavə edib

ÜST ''Pfizer'' vaksinini təcili istifadə üçün tövsiyə olunan dərmanlar siyahısına əlavə edib

Tarix: 1 Yanvar 2021 07:20

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Pfizer" və "BioNTech" şirkətlərinin birgə istehsal etdiyi koronavirusa qarşı vaksin təcili istifadə üçün tövsiyə olunan dərmanlar siyahısına əlavə edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, sözügedən vaksin yeni növ koronavirus yayılmağa başlayandan sonra bu siyahıya daxil edilən ilk vaksin olub.

Məlumatda bildirilir: "Ümumdünya Səhiyyə Təşkilatı bu gün COVID-19-a qarşı "Comirnaty" vaksinini təcili istifadə üçün dərmanlar siyahısına əlavə edib və beləliklə "Pfizer" və "BioNTech" şirkətlərinin birgə istehsal etdiyi vaksin ÜST -dən təcili təsdiq alan ilk vaksin olub".

Qeyd edilir ki, müvafiq qərar vaksinin təhlükəsizliyi, effektivliyi və keyfiyyəti barədə məlumatların təhlilindən sonra qəbul edilib.


Etiketlər:  ÜST Pfizer vaksinini təcili istifadə üçün tövsiyə olunan dərmanlar siyahısına əlavə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ