Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pandemiyadan yorğun dünya köhnə ilə vida etdi

Pandemiyadan yorğun dünya köhnə ilə vida etdi

Tarix: 2 Yanvar 2021 20:02

Dünyanın 7.8 milyard insanı yeni koronavirus pandemiyası səbəbindən 2020-ci ilə sakit və kütləvi yığıncaqlar olmadan vida etdi.

2021-ci ilin başlanğıcında Rusiyada bir çox ictimai tədbirlər ləğv edildi. Lakin Moskvadan 150 kilometr cənub-qərbdə yerləşən, Rusiyanın Yeni İl paytaxtı sayılan Kaluqa şəhərində turistlərin bayramı qeyd etmək istəyinə baxmayaraq, yerli sakinlərin tədbirlərin ləğv edilməsini tələb edib.

Türkiyə Yeni İli dörd günlük karantinlə qarşıladı və prezident Rəcəb Tayyib Ərdoğan hüquq-mühafizə orqanlarının mehmanxanalarda qanunsuz yığıncaqlara qarşı tədbir görəcəyini bilodirdi.

Brüsseldən tutmuş Berlinə qədər şənlikləri pandemiya məhdudiyyətləri susdurdu.

Komendant saatı tətbiq etmək üçün Fransa küçələrinə 100 min əlavə zabit yerləşdirdi. Yunanıstan da komendant saatı tətbiq edəcəyini bildirdi.

"Saat 22-dən sonra heç kim küçələrdə olmayacaq. Afina ölü bir şəhər olduğu üçün artıq məhdudiyyətlərə ehtiyac olmayacaq" - deyə, Yunanıstanın ictimai asayiş naziri Mixalis Xrisohoidis bildirib.

Virusun daha yoluxucu bir variantı ilə mübarizə aparan Britaniya sakinlərdən Yeni İldə evlərində sağ-salamat qalmalarını istəyib. London da bayram şənliklərini və alış-verişi məhdudlaşdıran ciddi karantin altına alınıb və Temza çayı üzərindəki atəşfəşanlıq ləğv edilib.

Dubay 2021-ci ilə dünyanın ən hündür binası Burc Xəlifə yaxınlığında atəşgəşanlıqla başlasa da, bəziləri virus qaydaları səbəbindən bunun daha az əyləncəli olduğunu deyir.

Hindistanda komendant saatı tətbiq edilib. Çimərlik əyləncələri qadağan edilib, səyahət məhdudiyyətləri qoyulub.

COVID-19-a yoluxma halları sürətlə artan Yaponiya Yeni İli səssizcə qarşılayıb.

Yeni Zelandiyanın liman şəhəri Oukland Yeni İldə simvolik Sky Tover-də böyük bir lazer işıq şousu nümayiş etdirib.

Avstraliyanın Sidney şəhərinin limanındakı Opera Evi üzərindəki məşhur atəşfəşanlığı milyonlarla insan evdən izləyib.

Milli.Az


Etiketlər:  Pandemiyadan yorğun dünya köhnə ilə vida etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ