Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vaksinasiyadan öncə bunlar edilməlidir - Həkim

Vaksinasiyadan öncə bunlar edilməlidir - Həkim

Tarix: 3 Yanvar 2021 12:14

Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev koronavirusla bağlı yaxın zamanda ölkəmizdə aparılması planlaşdırılan vaksinasiya prosesi ilə əlaqədar bir sıra təkliflər hazırlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, A.Əliyev peyvəndləmə prosesinə start verilmədən öncə karantin rejiminin ləğv edilməsi, müxtəlif fəaliyyət növlərinin əvvəlki normal iş rejiminə qayıtması üçün vaksinasiyanın nə dərəcə əhəmiyyətli olmasını cəmiyyətə çatdırmaq məqsədilə gün ərzində KİV-də bir neçə dəfə maarifləndirici reklam çarxları, posterlər və s. təqdim edilməsinin vacib olduğunu bildirib:

"Həmçinin KİV vasitəsilə vaksinasiyanı icra edəcək tibb işçilərinin də maarifləndirilməsi məqsədəuyğun olardı. Çünki qısa zamanda və sərt karantin dövründə bu prosesi icra edəcək tibb işçilərini fərdi olaraq öyrətmək qeyri-mümkündür.

Bütün insanların təkcə rəsmi pasport qeydiyyatında olduğu məkan üzrə deyil, həmçinin faktiki yaşadığı əraziyə ən yaxın olan tibb müəssisəsinə yaxınlaşaraq rahat şəkildə peyvənd etdirə bilməsini təmin etmək lazımdır. Əks halda virusun daha da geniş yayılmasına zəmin yarana bilər.

Peyvənd etdirmək istəyən şəxslərdən qanında müvafiq antitellərin olub-olmamasına aid analiz tələb edilməlidir.

Sars-Cov-2 virusuna qarşı peyvənd edilmiş şəxslərə müvafiq arayışın təqdim edilməsini uyğun sayıram".

Milli.Az


Etiketlər:  Vaksinasiyadan öncə bunlar edilməlidir Həkim


RƏYLƏR