Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskva metrosunda ilk: qadın maşinistlər işə başladılar - FOTO

Moskva metrosunda ilk: qadın maşinistlər işə başladılar - FOTO

Tarix: 4 Yanvar 2021 13:26

Moskva metrosunda ilk qadın maşinistlər sərnişinlərə xidmət göstərməyə başlayıb.

Sonxeber.net xəbər verir ki, bu barədə REN TV video paylaşıb.

Bildirilib ki, xəbəri Moskva metrosunun mətbuat xidməti yayıb.

"Bu gün Filevsk xəttinə qadın maşinistin idarə etdiyi ilk qatar buraxılıb. O, işə başlamazdan əvvəl bir illik təlim keçib. Onunla birlikdə daha 12 qadın metropoliten qatarını idarəetmə hüququ alıb. Növbəti il azı 50 qadın maşinistin işə düzəlməsi planlaşdırılır", - Moskva merinin müavini Maksim Liksutov bildirib.

O qeyd edib ki, qadın maşinistlər üçün xüsusi forma hazırlanıb. Onlar qatarı idarə etmək üçün geyim forması olaraq ya ətəyi, ya da şalvarı seçə bilərlər. (ölkə.az)


Etiketlər:  Moskva metrosunda qadın maşinistlər işə başladılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ