Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəmkirdə avtomobil təmiri sexində yanğın olub, 1 nəfər xəsarət alıb

Şəmkirdə avtomobil təmiri sexində yanğın olub, 1 nəfər xəsarət alıb

Tarix: 4 Yanvar 2021 19:33

Bakı. Trend:

Şəmkir rayonunda ümumi sahəsi 32 m² olan avtomobil təmiri sexinin lambirindən ibarət tavanı və içərisindəki avadanlıqlar, bitişik ümumi sahəsi 340 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı müxtəlif xəsarətlər alan 1 nəfər yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.

Sexin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  Şəmkirdə avtomobil təmiri sexində yanğın olub nəfər xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ