Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qol saatını anasına göndərən şəhid əsgər - FOTO

Qol saatını anasına göndərən şəhid əsgər - FOTO

Tarix: 4 Yanvar 2021 23:50

Cəbrayıl uğrunda gedən acıq döyüşlərdə işğalçı ordunun bir neçə canlı qüvvəsini məhv edən və özü də ağır yaralanan Emil İsmiyevi xilas etmək mümkün olmayıb. İgid döyüşçü şəhidlik zirvəsinə yüksəlib. Ölümündən əvvəl qol saatını açaraq komandirinə verib və onu anasına çatdırmağı xahiş edib. Dəfn zamanı komandiri cəsur əsgərin son istəyini yerinə yetirib: qol saatını şəhidin anası Ofelya xanıma verib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, söhbət Ağdaşdan olan şəhid əsgər Emil Elman oğlu İsmiyevdən gedir. Emil 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 22-də Ermənistan ordusunun genişmiqyaslı təxribatına qarşı Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatının ilk günlərindən o, ön cəbhədə döyüşüb. Cəbhənin Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində gedən ağır döyüşlərdə qəhrəmanlıqla vuruşub və Vətənə layiq bir əsgər kimi şəhid olub.

Ailədə Emildən sonra onun atası, anası və bir qardaşı qalıb. Qardaşı Məhəmmədiyyə də Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə getmək istəyib lakin icazə verilməyib.


Etiketlər:  saatını anasına göndərən şəhid əsgər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ