Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Moderna'' vaksinlərinin ilk partiyası Latviyaya yanvarın 11-i gələcək

''Moderna'' vaksinlərinin ilk partiyası Latviyaya yanvarın 11-i gələcək

Tarix: 5 Yanvar 2021 06:16

Bakı. Trend:

ABŞ-ın "Moderna" şirkətinin istehsal etdiyi koronavirusa qarşı vaksinlərin ilk partiyası Litvaya yanvarın 11-i gələcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin Səhiyyə Naziri İlze Vinkele deyib.

Nazir bildirib: "Bu həftə Avropa Dərman Agentliyindən çox yaxşı xəbər gözlənilir, bəlkə də bu gecə Latviyaya yanvarın 11-dən gələcək "Moderna" vaksini qeydə alınacaq".

Qeyd edək ki, Latviyada koronavirusa ilk yoluxma halı ötən ilin mart ayının 2-si qeydə alınmışdı. Hazırkı dövrədək ölkədə 43 118 yoluxma halı aşkarlanıb, onlardan 692 nəfər ölüb, 1 213 nəfərin isə müalicəsi davam edir.


Etiketlər:  Moderna vaksinlərinin partiyası Latviyaya yanvarın gələcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ