Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 16:51
Milli Məclisin deputatları Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün yanvarın 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sonxeber.net-a verilən məlumata görə, deputat Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin xətti ilə, millət vəkili Fazil Mustafa TÜRKPA-nın müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər.
Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, seçicilərin fəallığını müşahidə edəcəklər.
Səfər yanvarın 13-də başa çatacaq.