Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

OnePlus şirkətinin ilk fitnes qolbağının güman olunan dizaynı təqdim olunub

OnePlus şirkətinin ilk fitnes qolbağının güman olunan dizaynı təqdim olunub

Tarix: 5 Yanvar 2021 22:52

OnePlus şirkətinin məhsullar siyahısında hələ daşınıla bilən cihazlar yoxdur. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. İnsayderlərin verdikləri məlumata əsasən yaxın zamanda şirkət bu kateqoriyaya aid ilk cihazını təqdim edəcək. Bununla yanaşı insayderlər xəbər veriblər ki, söhbət, fitnes qolbaqdan gedir. Bu barədə 4pda saytı xəbər verib. Məlumata əsasən OnePlus bu ilin əvvəlində öz ilk daşınıla bilən cihazını təqdim edəcək. Daha öncə bir çoxları düşünürdü ki, söhbət, smart saatdan gedir.

Lakin insayderlər bildiriblər ki, şirkət fitnes qolbaq təqdim edəcək. Şirkətin ilk fitnes qolbağının Xiaomi Mi Band 5 ilə rəqabət aparacağı gözlənilir. Bir neçə gün bundan öncə isə məşhur hindistanlı insayder Mukul Sharma OnePlus-ın fitnes qolbağının güman olunan dizaynını sərgiləmişdi. Gözləntilərə əsasən bu fitnes qolbaq böyük olmayan OLED ekran və bu cür cihazlarda reallaşdırılan əsas funksionallıqlar əldə edəcək. Məlumata əsasən cihazın qiyməti 40$-dan çox olmayacaq.

Milli.Az


Etiketlər:  OnePlus şirkətinin ilk fitnes qolbağının güman olunan dizaynı təqdim olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ