Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə fövqəladə vəziyyət rejimi elan ediləcək

Bu ölkədə fövqəladə vəziyyət rejimi elan ediləcək

Tarix: 6 Yanvar 2021 06:32

Yaponiya hökuməti koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün yanvarın 7-dən Tokioda və qonşuluqda yerləşən üç prefekturada fövqəladə vəziyyət rejimi elan edəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Yaponiyanın Baş naziri Yoşihide Suqa yanvarın 4-də keçirilən mətbuat konfransında paytaxt Tokio ilə yanaşı, Saytama, Çiba və Kanaqava prefekturalarında fövqəladə vəziyyət elan etməyə hazırlaşdığını bəyan edib.

Y.Suqa bildirib ki, yeni ilin ilk üç günündə bu prefekturalarda yoluxma halı kəskin artıb və bunun qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir.

Çox güman ki, elan ediləcək fövqəladə vəziyyət rejiminin təqribən bir ay davam edəcəyi gözlənilir. Qeyd edilir ki, hökumət tətbiq edilən məhdudiyyətlərin ictimai və iqtisadi fəaliyyətə ziyan vurmamasına çalışır. Bu məqsədlə iş saatlarını qısaldacaq restoranlara və barlara maliyyə dəstəyi göstərilməsi nəzərdə tutulur.

Bununla yanaşı, həmin ərazilərdəki məktəblərin bağlanması da planlaşdırılmır. Belə ki, yanvarın 16-da universitetlərə qəbulla bağlı imtahanlar keçiriləcək və bu imtahanlar zamanı yoluxma təhlükəsinin qarşısını almaq üçün lazım olan bütün tədbirlər görüləcək.


Etiketlər:  ölkədə fövqəladə vəziyyət rejimi elan ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ