Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sudan İsraillə münasibətlərin normallaşdırır

Sudan İsraillə münasibətlərin normallaşdırır

Tarix: 7 Yanvar 2021 08:40

Sudan hökuməti bu gün rəsmi olaraq İsrail ilə münasibətlərin normallaşmasını təmin edən "İbrahim Anlaşmalarına" qatıldığını elan edib.

Bu barədə "Jerusalem Post" nəşri məlumat yayıb.

Sənədə ABŞ-ın Maliyyə Naziri Stiven Mnuçin iştirakı ilə Sudan Ədliyyə naziri Nəsrəddin Abdulbari imza atıb.

Xatırladaq ki, Sudan 2019-cu ildə hakimiyyətdə otuz il qalandan sonra devrilən prezident Ömər Əl-Bəşirin dakimiyyəti altında uzun illər fələstinliləri dəstəkləyib və İsraillə münasibətləri soyuq olub.

Milli.Az


Etiketlər:  Sudan İsraillə münasibətlərin normallaşdırır


RƏYLƏR