Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya FHN Ağdamda üç gündə 25 mina zərərsizləşdirib

Rusiya FHN Ağdamda üç gündə 25 mina zərərsizləşdirib

Tarix: 7 Yanvar 2021 12:54

Bakı. Trend:

Yanvarın 4-dən etibarən Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 nəfərdən ibarət qrupu Ağdam rayonu ərazisində minalardan təmizləmə əməliyyatlarına başlayıb.

Bunu Trend-ə Rusiyanın "Lider" xüsusi riskli xilasetmə əməliyyatları mərkəzinin rəisi Anatoli Savvin deyib.

O bildirib ki, hazırda mina sahəsində işlər aparılır:

"Bu günədək mexaniki tral yolu ilə 25 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib və 2 min kvadrat metrdən çox ərazi təmizlənib. Ərazidə sıxılma prinsipi ilə işləyən piyada əyehinə minalar var".


Etiketlər:  Rusiya Ağdamda üç gündə mina zərərsizləşdirib


RƏYLƏR