Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mühüm layihə: Füzuli nəqliyyat qovşağına çevrilir - VİDEO

Mühüm layihə: Füzuli nəqliyyat qovşağına çevrilir - VİDEO

Tarix: 7 Yanvar 2021 15:52

Füzuli rayonunda tikiləcək hava limanı Qarabağın dirçəlişində əhəmiyyətli rol oynayacaq. Ekspertlərin fikrincə, bu hal əraziyə xarici investorların cəlbini daha da rahatlaşdıracaq və ölkəmizin siyasi manevr imkanlarını genişləndiriləcək. Eyni zamanda, yeni hava limanı bölgənin turizm potensialına da müsbət təsir edəcək və bu ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bütün dünyaya nümayiş etdirəcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Füzuli rayonunda yeni hava limanının inşası həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycana böyük üstünlüklər verəcək. Bu barədə millət vəkili Elşad Mirbəşir ölkə başçısının Füzulidə beynəlxalq hava limanının inşa ediləcəyi ilə bağlı verdiyi məlumatı şərh edərkən bildirib. Onun sözlərinə görə liman bölgənin sürətli inkişafına böyük təkan verəcək.

Turizm Agentlikləri Assosiasiyasının idarə heyətinin üzvü Rəhman Quliyevin sözlərinə görə isə, bu hava limanı bütün Qarabağın, xüsusilə də Şuşa şəhərini xarici turistlər üçün daha əlçatan edəcək. Bu isə təbii ki, Azərbaycanın iqtisadi imkanlarını genişləndirəcək.

İşğaldan azad edilən bu ərazidə tikiləcək hava limanı ermənilərin bölgədə törətdikləri vəhşilikləri dünyaya çatdırmağa və bölgənin təhlükəsizliyini daha yaxşı təşkil etməyə imkan verəcək.

Qeyd edək ki, hazırda Füzulidən Şuşaya və işğaldan azad edilmiş digər rayonlara geniş yollar çəkilir. Bu isə hava limanı ilə bölgəyə gələn şəxslərin qısa zamanda mənzil başına çatmalarına imkan verəcək.

Milli.Az


Etiketlər:  Mühüm layihə Füzuli nəqliyyat qovşağına çevrilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ