Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 17:10
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın hazırkı Prezidenti Donald Tramp tərəfdarlarının Konqres binasına daxil olmasını pisləyib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə Təl-Əvivdə səfərdə olan maliyyə naziri Stiven Mnuçinlə keçirdiyi mətbuat konfransında bildirib.
ABŞ demokratiyasının hər zaman ona ilham verdiyini söyləyən Netanyahu "Konqres binasına edilən hücum utancvericidir və ən sərt şəkildə qınanılmalıdır. Amerika demokratiyasının qalib gələcəyinə şübhə etmirəm",- deyə bildirib.