Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 17:50
Vətən müharibəsində qəhrəmanlıq göstərmiş igidlərimizi sizə tanıtdırmağa davam edirik. Onlardan biri də xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçılarından biri Seymur Qocayevdir. Şəhid kəşfiyyatçımız daim şəhidlərimizin qisasını almaq arzusuyla yaşayıb. O, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, qəhrəmanlarımız işğal altında olan torpaqlarımızı bir-bir azad edirdi. Hərbçilərimizin əhval ruhiyyəsi yüksək idi. Onlardan biri də Seymur Qocayev olub..
O, qızğın döyüşlərə girməmişdən əvvəl video çəkibmiş. Bu videonu lentə alarkən sanki bir neçə gün sonra şəhidlik zirvəsinə yüksələcəyini hiss edirdi Seymur Qocayev...
Qubanın Bağbanlı qəsəbəsində anadan olan Seymur Xüsusi Təyinatlı Qüvvələrin tarix yazaraq şəhadətə yüksələn kəşfiyyatçılarındandır. 44 günlük Vətən müharibəsində peşəkar kəşfiyyatçı kimi ən öndə savaşan 24 yaşlı Seymur, Murovdağ zirvəsi, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə, eləcə də Hadrut qəsəbəsinin düşməndən azad olunmasında böyük şücaət göstərib.
Şəhid kəşfiyyatçımız Seymur daim şəhidlərimizin qisasını almaq və torpaqlarımızı azad etmək istəyi ilə yaşayıb. Bu arzusunu reallaşdırarkən Şuşa uğrunda döyüşlərdə özü də şəhid olur.
Döyüş yoldaşlarının sözlərinə görə, hər zaman irəli getməyə can atırdı Seymur.. O, şiddətli Şuşa döyüşlərində şəhidlik zirvəsinə ucalır
Şuşanın azad edilməsindən bir gün əvvəl, şəhid olan Seymura böyük Qələbə sevincini yaşamaq qismət olmadı. Lakin onun və onun kimi igidlərin sayəsində 3 rəngli bayrağımız Şuşaya sancıldı. Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində göstərdiyi şücaətə görə, Seymur Qocayev ölümündən sonra ''Vətən uğrunda'', ''Şuşanın azad olunmasına görə'' və ''Döyüşdə fərqlənməyə görə'' medalları ilə təltif edilib.