Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 14:18
ABŞ vitse-prezidenti Mayk Pens Donald Trampın Konstitusiyaya 25-ci düzəlişdən istifadə olunaraq təcili istefaya göndərilməsini dəstəkləməyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu məlumatı "Nyu York Tayms" qəzeti yayıb. Məlumata görə, Pens bu qərarın ölkədə xaosu dərinləşdirəcəyini deyib.
Qeyd edək ki, Konstitusiyaya 25-ci düzəlişə əsasən, prezident hər hansı səbəbdən vəzifə səlahiyyətlərini icra etmək imkanını itirərsə, vitse-prezident kabinet üzvlərinin əksəriyyətinin dəstəyi ilə prezidenti vəzifəsindən istefaya göndərə və səlahiyyətləri əlinə ala bilər.
Tramp 20 yanvarda səlahiyyətlərini Co Baydenə təhvil verməlidir.