Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən il Bakı metropolitenində 50 vaqon əsaslı təmir olunub

Ötən il Bakı metropolitenində 50 vaqon əsaslı təmir olunub

Tarix: 8 Yanvar 2021 15:20

Bakı. Samir Əli - Trend:

Bakı Metropolitenində qatarların əsaslı təmiri üçün 2 sex yaradılıb.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, 2014-cü ildə metropoliten tarixində ilk olaraq qatarların əsaslı təmiri pilot layihə kimi yerli şəraitdə öyrənilməsinə və ilk addımların atılmasına başlanıb. Nəticədə, qatarlar təmir üçün Moskva, Sankt-Peterburq, Xarkov və Tbilisidəki “Moskva Elektrik Qatarlarının Təmiri Zavodu” QSC-nin filialına göndərilməyib: "2020-ci ildə təkcə bu sexdə 15 vaqonun təmir olunaraq modernləşdirilməsi nəzərdə tutulsa da, bu 20 vaqonda həyata keçirilib. Hazırda 5 vaqonun təmirində də həlledici işlərə başlanılıb. Bundan savayı, elektrik deposunun qaldırma təmiri sexində daha 30 vaqon, normativ tələblərə uyğun olaraq, 3 saylı cari təmir işlərinə cəlb olunub. Ümumilikdə, iki sexdə birlikdə 50 vaqon mühüm təmir növlərinə cəlb olunub".


Etiketlər:  Ötən Bakı metropolitenində vaqon əsaslı təmir olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ