Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

64 ədəd nərə balığını ovlayan mütəşəkkil dəstə ələ keçdi - FOTO

64 ədəd nərə balığını ovlayan mütəşəkkil dəstə ələ keçdi - FOTO

Tarix: 8 Yanvar 2021 17:18

Daxili İşlər Nazirliyinin Nəqliyyatında Baş Polis İdarəsinin (NBPİ) əməkdaşları tərəfindən müvafiq icazə olmadan qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan şəxslərə qarşı nəzarət tədbirləri davam etdirilir.

Nazirliyin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, NBPİ əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olan 9 nəfərdən ibarət dəstə saxlanılaraq istintaqa cəlb edilib.

Onlardan hər birinin qiyməti 220 manat olan 64 ədəd nərə balığı, 2 ədəd qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 256-cı (Balıq və digər su bioresurslarını qanunsuz tutma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  64 ədəd nərə balığını ovlayan mütəşəkkil dəstə ələ keçdi FOTO


RƏYLƏR