Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Psixoloji durumum işləməyə imkan vermir'' - Talıb Tale

''Psixoloji durumum işləməyə imkan vermir'' - Talıb Tale

Tarix: 8 Yanvar 2021 18:05

"Son günlər gündəmə gəlməyə ehtiyac duymuram. Hətta çalışdım kənarda qalım. Heç psixoloji durumum da o deyil".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Talıb Tale "Xəbər-ətər" proqramında deyib. Sənətçi son günlər heç bir iş görmək əhvalı olmadığını söyləyib:

"Mahnılarım çoxdur, amma psixoloji durumum işləməyə imkan vermir. Düşünürəm ki, pandemiyadan sonra dəyişiklər çox olacaq. Hər şeyin vaxtı var: indi kənara çəkilmək lazımdır.

Çoxları mahnıları dinləmədən sənə şərh verirlər: bayağıdır, nədir. Bunu qəbul etmirəm. Yeni ifaçılar çox çıxır, nə gəldi oxuyurlar. Onlara məsləhət verirəm ki, etməsinlər. Deyirlər, nə gəldi oxuyum, təki tutsun. Bu cür işlər onların ziyanına olacaq, eləsi uzun yol gedə bilməz. Oxuduğun mahnının baxış sayı çox ola bilər, amma səni normal tədbirə çağırıb, yaxşı pul verməyəcəklər".


Etiketlər:  Psixoloji durumum işləməyə imkan vermir Talıb Tale


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ