Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusla mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

Koronavirusla mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

Tarix: 8 Yanvar 2021 18:39

Bakı. Trend:

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müddəti uzadılıb.

Trend-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarda müvafiq dəyişiklik edib.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə verilən müddətli əlavənin müddəti martın 31-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət yanvarın 1-dək nəzərdə tutulmuşdu.

Xatırladaq ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.


Etiketlər:  Koronavirusla mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ