Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 02:52
Bakı. Trend:
İngilətərə Kuboku oyunları çərçivəsində "Liverpul" səfərdə "Aston Villa"nı 4:1 hesabı ilə məğlub etdi.
Trend xəbər verir ki, qalib tərəfdən qolları Sadio Mane (4, 63-cü dəqiqələr), Corcinyo Veynaldum (60) və Muhammed Salah (65), "Aston Villa"dan isə Lui Barri (41) vurublar. "Liverpul"un 1/16 finaldakı rəqibi püşq atmadan sonra müəyyənləşəcək.
İngiltərə Kuboku ən qədim futbol turniri sayılır və1871-ci ildən keçirilir. Turnirin ən titullu klubu Londonun "Arsenal"ıdır (14), "Liverpul" və "Aston Villa" komandaları isə kuboku hər biri yeddi dəfə qazanıblar.