Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Intel” korporasiyası “Face ID” variantını təqdim edib

“Intel” korporasiyası “Face ID” variantını təqdim edib

Tarix: 9 Yanvar 2021 07:24

"Intel" korporasiyası "Apple" şirkətinin "Face ID" sistemi kimi sifətə görə biometrik autentifikasiyanı təmin edəcək ixtisaslaşdırılmış aparat modulunu təqdim edib. Ölçüsü kredit kartından kiçik olan "RealSense ID F455" adlı yeni cihaz "ağıllı" qapı qıfıllarında və bankomatlar kimi digər giriş nəzarət nöqtələrində istifadə üçün nəzərdə tutulub.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Intel RealSense ID F455" qurğusu şəkil, video və ya 3D maskalardan istifadə nəticəsində saxta giriş cəhdlərinin qarşısını almaq üçün daxili qoruma texnologiyasına malikdir.

İstifadəçinin xarici görünüşünün dəyişməsinə uyğunlaşmaq qabiliyyəti sistemin vacib xüsusiyyətidir: "RealSense ID" avadanlığı istifadəçini eynək taxsa da, saqqal uzatsa da və ya saç düzümünü dəyişdirsə də tanıyacaq. Bundan başqa, yeni avadanlıq daxili infraqırmızı sensorlar sayəsində müxtəlif işıqlandırma şərtlərinə uyğunlaşa bilir.


Etiketlər:  Intel korporasiyası Face variantını təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ