Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 17:58
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Mehriban Mehdiyevanın rayon ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evində repetitor fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. M. Mehdiyeva xüsusi karantin rejiminin qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, orada olan 11 nəfər şagirdin valideynlərinə isə ciddi xəbərdarlıqlar edilib.