Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orqanizmin viruslara qarşı davamlılığını artıran QİDALAR

Orqanizmin viruslara qarşı davamlılığını artıran  QİDALAR

Tarix: 9 Yanvar 2021 19:33

Rusiyalı həkim-diyetoloq Vera Şaroşkina orqanizmin viruslara qarşı davamlılığını artıran məhsulların adlarını açıqlayıb.

Sonxeber.net saglamolun.com-a istinadən bildirir ki, bu ilk növbədə D vitamini ilə zəngin olan məhsullardır - dəniz balığı, balıq yağı, yumurta, süd məhsulları. D vitamini orqanizmin viruslara qarşı davamlılığını artıran əsas vitamindir.

Sinklə zəngin olan qidalar da burada böyük rol oynayır. Bu ət, pendir, çuğundur kimi məhsullardır.

C və A vitaminləri güclü antioksidant təsirinə görə orqanizmi gücləndirir, həmçinin A v C vitaminləri nəfəsalma sisteminin sağlamlığında böyük rol oynayır. A vitamini selikli qişaların normal fəaliyyətini təmin edir, C vitamini isə damar və kapilyarları möhkəmləndirir.

C vitamini ilə sitrus meyvələri, kivi, itburnu, kələm, bibər, A vitamini ilə isə kök, qaraciyər, balqabaq, yumurta, kərə yağı zəngindir. 


Etiketlər:  Orqanizmin viruslara qarşı davamlılığını artıran QİDALAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ