Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan sağalanlara gimnastika və gəzinti TÖVSİYƏSİ: Tənəffüsü asanlaşdırır...

Koronavirusdan sağalanlara gimnastika və gəzinti TÖVSİYƏSİ: Tənəffüsü asanlaşdırır...

Tarix: 9 Yanvar 2021 20:21

Koronavirus xəstələrinin müalicəsi zamanı və sonradan fəsadlaşmanın profilaktikası üçün reabilitasiya önəmli yer tutur.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu fizioterapiya və reabilitasiya üzrə mütəxəssis Pərvin Əkbərov açıqlayıb. Onun sözlərinə görə, xəstələrin tamamilə sağalması və adi həyatlarına qayıtmaları üçün tibbi reabilitasiya da vacibdir. Həkim bildirib ki, COVİD -19 infeksiyası bir çox orqanların zədələnməsinə səbəb olur. Koronavirus infeksiyasının ən çox zədələndiyi orqan ağciyərdir. Xəstələrin 45-50 faizi bu infeksiyanı yüngül keçirirlər, buna baxmayaraq onlarda da sonradan bəzi orqanlarında fəsadlar meydana çıxa bilir. Koronavirus xəstələrinin müalicəsi zamanı və sonradan fəsadlaşmanın profilaktikası üçün, reabilitasiya önəmli yer tutur.

Reabilitasiyanın məqsədi:

Qan dövranını yaxşılaşdırmaq (orqanlarda oksigenin miqdarını zənginləşdirmək məqsədilə).

Tənəffüsdə iştirak edən əzələlərin funksiyasını gücləndirmək (ağciyərin işini asanlaşdırmaq məqsədilə).

Mütəxəssis vurğulayıb ki, koronavirus xəstələrinin reabilitasiyasında tənəffüs gimnastikası və yürüş əsas yer tutur: "Tənəffüs gimnastikası zamanı ağciyərin ventilyasiyası yaxşılaşır, tənəffüs asanlaşır. Gün ərzində 6000 addım yürüş qan dövranını yaxşılaşdırır və fiziki aktivliyi artırır. Bizə tez-tez ünvanlanan suallardan biri də budur - Xəstəliyin hansı mərhələsindən artıq reabilitasiyaya başlamaq lazımdır?

Bildirmək istəyirik ki, xəstəliyin reabilitasiyaya başlama mərhələsi xəstənin reabilitasiya bacarığından və ağırlıq dərəcəsindən asılıdır. Covid virusunun orqanizmdə yaratdığı ağırlaşmaların qarşısının vaxtında alınması üçün reabilitasiya tədbirlərinə gecikmədən başlamanızı tövsiyyə edirik!

Covid-19 xəstələrinin xəstəlikdən sağaldıqdan sonra əzələlərdə fibromioalgik ağrı şikayətləri ilə müraciət edənlərə rast gəlirik. Əzələlərdə olan bu ağrılar uzun müddət davam edir. Bu tip şikayətləri olan xəstələrin fizioterapevtik-reabilitasion tədbirlərı gec qalmadan başlamasında fayda var".


Etiketlər:  Koronavirusdan sağalanlara gimnastika gəzinti TÖVSİYƏSİ Tənəffusü asanlasdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ