Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 09:46
İspaniya La Liqasının XVIII turunda "Qranada" ilə səfər matçında dubl edən "Barselona"nın kapitanı Lionel Messi qollardan birini cərimə zərbəsindən vurub.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, argentinalı superulduz son 72 cəhdində ikinci dəfə standart vəziyyətdən fərqlənməyi bacarıb.
Ümumilikdə isə La Liqada 402 cəhdin 37-si qolla nəticələnib. 33 yaşlı oyunçu klub karyerası ərzindəki cərimə zərbəsindən qol sayını 48-ə çatdırıb. Bununla "Yuventus"un portuqaliyalı hücumçusu Kriştianu Ronaldunu geridə qoymağı bacarıb. "Sportinq", "Mançester Yunayted", "Real" və "Yuventus"un formasını geyinmiş Ronaldu klub karyerasında 47 belə qola sevinib.
Qeyd edək ki, "Barselona" "Qranada"nı səfərdə 4:0 hesabı ilə məğlub edib.