Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 16:38
Avstriyanın federal əmək, ailə və gənclər naziri Kristine Aşbaxer istefa verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, buna nazirə qarşı yönəlmiş plagiat ittihamları olub.
İttihamlara görə, K.Aşbaxer magistr və doktor elmi işlərində plagiata yol verib, bütöv hissə və fəsilləri digər müəlliflərin əsərlərindən köçürüb.
Lakin o bildirib ki, nazir olarkən Slovakiya Texniki Universitetində təqdim etdiyi dissertasiya işində plagiata yol verilməsi barədə məlumat həqiqəti əks etdirmir və bu məsələ bir sıra qüvvələr tərəfindən qəsdən şişirdilir. Nazir yekunda qeyd edib ki, şərəf və ləyaqətini qorumaq üçün tutduğu vəzifədən istefa vermək qərarına gəlib.