Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirusun ''Britaniya'' ştammına daha 4 yoluxma halı qeydə alınıb

İranda koronavirusun ''Britaniya'' ştammına daha 4 yoluxma halı qeydə alınıb

Tarix: 10 Yanvar 2021 20:08

Bakı. Trend:

İranda koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına daha 4 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bunu İranın səhiyyə naziri Səid Namaki deyib.

Onun sözlərinə görə, yeni ştamma yoluxan şəxslər bir ailənin üzvləridir. Onlar yaxın zamanda ölkəyə Avropadan qayıdıblar.

Qeyd edək ki, İranda koronavirusun "Britaniya" ştammına ilk yoluxma halı yanvarın 5-i Böyük Britaniyadan gələn İran vətəndaşında qeydə alınmışdı.


Etiketlər:  İranda koronavirusun Britaniya ştammına daha yoluxma halı qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ