Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 21:40
Huawei şirkəti Avropa İttifaqının 2020-ci ilin investisiya reytinqində üçüncü sırada yerləşir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin rəsmi bəyanatında deyilir.
Bildirilir ki, Huawei sənaye tədqiqatlarına və inkişafına investisiya reytinqində 2019-cu illə müqayisədə iki pillə irəliləyib.
Qeyd edək ki, Aİ-nin sənaye araşdırmalarına və inkişafına investisiya reytinqi Avropa Komissiyasının rəsmi nəşridir. Nəşr biznes tərəfindən maliyyələşdirilən dünya elmi-tədqiqat sahəsinə investisiya edən 2500 şirkəti qiymətləndirir. Hesabat Aİ-nin tədqiqat mərkəzi tərəfindən hazırlanır.