Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"dan azarkeşlərə jest - pulsuz avtobuslar ayrıldı

Tarix: 16 Iyul 2019 16:20

 Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ" - Partizani" oyununun keçiriləcəyi "Dalğa Arena"ya azarkeşlərin rahat gedib-qayıtması üçün avtobus ayrılacaq.

Qol.az-ın xəbərinə görə, bu barədə Ağdam klubunun saytı məlumat yayıb. Məlumatda bildirilir:

"Azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün klubumuzun Bakı Nəqliyyat Agentliyinə müraciətini qarşı tərəf müsbət cavablandırıb və azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb. Belə ki, sabah 18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək. "Qarabağ" loqolu avtobuslara yalnız oyun biletini ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaqdır".

Qeyd edək ki, sözügedən görüş sabah yerli  vaxtla 21:00-da başlayacaq.

 


Etiketlər:  Qarabağdan azarkeşlərə jest pulsuz avtobuslar ayrıldı


RƏYLƏR