Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda daha 91 nəfər koronavirusdan ölüb

İranda daha 91 nəfər koronavirusdan ölüb

Tarix: 11 Yanvar 2021 15:00

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 91 nəfər koronavirusdan (COVID -19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56 262 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 208 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 292 614 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 568 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 081 736 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 8,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda İranda 30 rayon narıncı zona, 219 rayon sarı zona, 192 rayon isə mavi zona hesab olunur.


Etiketlər:  İranda daha nəfər koronavirusdan ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ