Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın sabahkı oyununa xüsusi avtobuslar ayrılır

Tarix: 16 Iyul 2019 16:36

Bakı. Ceyhun Ələkbərov - Trend:

Sabah nəzərdə tutulan "Qarabağ"-"Partizani" klublarının oyunu üçün xüsusi avtobuslar ayrılacaq.

Trend-in məlumatına görə, bu barədə "Qarabağ FK"dan bildiriblər. Qeyd olunur ki, klub bu barədə Bakı Nəqliyyat Agentliyinə müraciət edib və qarşı tərəf bunu müsbət cavablandırıb:

"Qarabağ"ımız sabah, saat 21:00-da Çempionlar Liqasının I təsnifat mərhələsində "Dalğa Arena"da Albaniyanın "Partizani" klubuyla qarşılaşacaq. Azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün klubumuzun Bakı Nəqliyyat Agentliyinə müraciətini qarşı tərəf müsbət cavablandırıb və azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb. Belə ki, sabah 18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək. "Qarabağ" loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaq".


Etiketlər:  Qarabağın sabahkı oyununa xüsusi avtobuslar ayrılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ